Azərbaycan millisinin futbolçusu “Xəzər Lənkəran”da
22 may 2013 16:37 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu “Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” mövsümlər arası fasilə başlamamış 3-cü futbolçu transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cənub təmsilçisi Zaqatala “Simurq”unun kapitanı Rasim Ramaldanovla müqavilə bağlayıb.

 

Azərbaycan millisində də çıxış edən mərkəz müdafiəçisi 2 illik anlaşmaya imza atıb.

 

Qeyd edək ki, daha öncə “Xəzər Lənkəran” AZAL-ın hücumçusu Franko Nildo və yarımmüdafiəçi Zohair Benuahi ilə güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar