
Azərbaycan millisinə qol vuran futbolçu: “Unudulmaz bir gün oldu”
“Mən böyük arzumu həyata keçirib milli komandada debüt etdim”.
APA-nın məlumatına görə, bunu Macarıstan milli komandasının futbolçusu David Holman deyib.
26 yaşlı yarımmüdafiəçi ölkəsinin yığmasındakı debütünü Bakıda gerçəkləşdirib. AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşündə meydana çıxıb və ilk matçında qol hesabını da açan hücumameylli yarımmüdafiəçi oyun haqda fikirlərini açıqlayıb: “Xəyallarım artıqlaması ilə gerçəkləşdi. İlk oyunum da qol da vurdum. Çox gözəl və unudulmaz bir gün oldu. Komandadakı ab-havaya gəlincə, biz bir ailə kimi vahid hədəf ətrafında birləşmişik".
Qeyd edək ki, Macarıstan yığması Azərbaycan millisi ilə “Bakcell Arena”dakı görüşdə 3:1 hesabı ilə qalib gəlib.
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31