Azərbaycan millisi Makedoniyaya uduzdu
29 may 2016 21:04 (UTC +04:00)

Azərbaycan millisi Makedoniyaya uduzdu

0

Bu gün Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Makedoniya millisi ilə üz-üzə gəliblər.

 

Bu il keçirdiyi iki görüşdə də qol vura bilməyən millimiz (Qazaxıstan - 0:1, Andorra - 0:0) bu uğursuz ənənəyə balkan təmsilçisi ilə matçda son qoysa da, yekunda məğlubiyyətə üzülüb.

 

Hesab 18-ci dəqiqədə açılıb. Radevski makedonları irəli çıxarıb. Yarım saatının tamamını iki dəqiqə keçmiş artıq hesab 0:2 idi. Rəqibin ən məşhur futbolçusu Qoran Pandev müdafiəçilərimizin "hədiyyə"sini boşa verməyib.

 

İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin gedişində millimiz hesab arasındakı fərqi azaldıb. Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib.

 

Görüşdə son nöqtəni isə Makedoniya qoyub. İlya Nestorovski 90+2-ci dəqiqədə yekun nəticəni elan edib. Bununla da millimiz tarixində 6-cı dəfə qarşılaşdığı rəqibinə 5-ci dəfə uduzub.

 

Yoldaşlıq oyunu

29 may

 

Azərbaycan – Makedoniya - 1:3

Qollar: Əfran İsmayılov, 73 (pen.) - Marcah Radevski,18, Qoran Pandev, 32, İlya Nestorovski, 90+2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar