Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti açıqlandı
09 iyul 2013 11:42 (UTC +04:00)

Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti açıqlandı

Taekvondo üzrə Azərbaycan milli komandasının iyulun 15-də Meksikanın Puebla şəhərində start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kişi və qadınlardan ibarət yığmamız okeanın o tayına iyulun 10-da  yollanacaq.

 

 Millimizin baş məşqçisi Ələkbər İmaməliyev kişilərdən ibarət komandaya Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) daxil edib.

 

Qadın yığmamızın baş məşqçisi Gündüz Abdullayev isə Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya  Qorbaçova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) güvənməyi qərara alıb.

 

Qeyd edək ki, dünya çempionatı iyulun 21-də yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

Oxşar yazılar