Azərbaycan Kubokunun finalçıları müəyyənləşir
24 aprel 2014 12:17 (UTC +04:00)

Azərbaycan Kubokunun finalçıları müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək. Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşlərində əvvəlcə “Rəvan” “Bayıl Arena”da “Neftçi”ni sınağa çəkəcək.

 

Saat 17:00-da başlanacaq oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Namiq Hüseynov və Zeynal Zeynalov yan xətt, Orxan Məmmədov 4-cü hakim, Ramil Əhmədov və Ömər Paşayev əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar. Bu komandalar arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.

 

Saat 19:00-da isə “Xəzər Lənkəran” evdə “Qəbələ”ni sınağa çəkəcək. Matçı daha bir FİFA referisi Rəhim Həsənov idarə edəcək. Həsənov ötən həftə keçirilmiş ilk görüşdə də komandaları baş hakim qismində meydana çıxarıb. Matç “Qəbələ”nin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

 

Ümumiyyətlə, bu komandaların Topaz Premyer Liqasındakı oyunlarında da belə təkrarlara yol verilib. İlk 3 dövrə ərzində “Qəbələ” və “Xəzər Lənkəran” arasındakı görüşlərin baş hakimi Vüsal Əliyev olub. Bu gün isə Əliyev Lənkərandakı matçda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Digər tərəfdən, Ömər Paşayev I dövrədə və ölkə kubokundakı ilk yarımfinal matçında 4-cü hakim, III və IV dövrələrdəki qarşılaşmalarda əlavə köməkçi hakim olub.

 

V tur: “Qəbələ” – “Xəzər Lənkəran” - 2:0 (Baş hakim: Vüsal Əliyev, Baş hakimin köməkçiləri: Munis Abdullayev, Nahid Əliyev, Dördüncü hakim: Ömər Paşayev, Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov Vüsal Əliyev, 4-cü hakim: Ömər Paşayev)

 

XIII tur: “Xəzər Lənkəran” - “Qəbələ” – 0:0 (Baş hakim:  Vüsal Əliyev, Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov, Dördüncü hakim: Ramiz Məhərrəmov)

 

XXI tur: “Qəbələ” – “Xəzər Lənkəran” – 2:3 (Baş hakim: Vüsal Əliyev, Baş hakimin köməkçiləri: Munis Abdullayev, Vaqif Musayev, Dördüncü hakim: Mahir Məmmədov, Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov)

 

XXIX tur: “Xəzər Lənkəran” – “Qəbələ” – 1:0 (Baş hakim: Rauf Cabbarov, Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Rza Məmmədov, Dördüncü hakim: Nail Nağıyev, Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev)

 

Azərbaycan Kuboku, yarımfinal

 

İlk oyun: “Qəbələ” – “Xəzər Lənkəran” – 3:0 (Baş hakim: Rəhim Həsənov, Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli, Dördüncü hakim: Ömər Paşayev, Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov)

 

Cavab görüşü: “Xəzər Lənkəran” – “Qəbələ” (Baş hakim: Rəhim Həsənov, Baş hakimin köməkçiləri: Rza Məmmədov, Yaşar Abbasov, Dördüncü hakim: Vüsal Əliyev, Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov)

 

Qeyd edək ki, final matçı mayın 22-də keçiriləcək.

# 557
avatar

Oxşar yazılar