Azərbaycan Kubokunun final matçının saatı Lent.az-da
18 may 2013 18:02 (UTC +04:00)

Azərbaycan Kubokunun final matçının saatı Lent.az-da

Mayın 28-də “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının başlama saatı müəyyənləşib. Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin Lent.az-a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Şahgəldiyev oyun öncəsi və sonra azarkeşlərin görünməmiş şouya şahidlik edəcəklərini bildirib. Tamaşaçılar üçün sürprizlər hazırladıqlarını deyən PFL rəsmisi onlardan bəzilərini açıqlayıb: “Oyundan öncə tanınmış müğənnilərimizin iştirakı ilə şou-proqram olacaq. Qarşılaşmanın ardından isə azarkeşlər üçün uduş təşkil ediləcək. Uduşa “Chevrolet Aveo” markalı avtomobil qoyulub. Final matçında tamaşaçıların unudulmaz anlara şahidlik etmələri üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, PFL Topaz Premyer Liqasının son turunda da şou-proqram təşkil edib. Bu isə mayın 19-da saat 20:30-da başlanacaq “Neftçi” – “Bakı” matçından sonraya təsadüf edəcək.

# 1110
avatar

Oxşar yazılar