Azərbaycan klublarının Çempionlar Liqasında rəqibləri bilindi
29 iyun 2013 12:44 (UTC +04:00)

Azərbaycan klublarının Çempionlar Liqasında rəqibləri bilindi

Bu gün voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olub.

 

Burada Azərbaycanın kişilərdən ibarət təmsilçisi olmadığından, Bakı klubları qadınların mübarizəsində güclərini sınayacaqlar. Çempionlar Liqasında ardıcıl ikinci il 3 komanda ilə çıxış edəcək ölkəmizin idman şərəfini “Rabitə”, “Azəryol” və “İqtisadçı” qoruyacaq ki, onlar da püşkə əsasən müvafiq olaraq A, B və E qrupunda yer alıblar.

 

Azərbaycan çempionuna vaxtı ilə şərəfini qoruduğu, millimizin hücümçusu Natalya Məmmədova da rəqib olub. Komandamız hazırda təmsilçimizin şərəfini qoruduğu “Omiçka” ilə yanaşı, “Beziers” və “Dresdner”lə də münasibətinə aydınlıq gətirəcək.

 

Çempionlar Liqasında debüt edək “İqtisadçı”nın bəxti gətirməyib. Buna da səbəb onların yarışa “wild card”la qatılmasıdır. “Universitet komandası” sonuncu səbətdə yer aldığı üçün İtaliya ilə Serbiya çempionları və Rusiya Super Liqasının gümüş mükafatçısı “Dinamo” ilə qarşılaşmalı olacaq.

 

“Azəryol”un isə daha güclü qrupda yer aldığını söyləmək olar. Komandamız “Dördlər finalı”nın son 2 iştirakçısı – “Qalatasaray”la “Yamamay” və İtaliya A seriyasının gümüş mükafatçısı “Konegliano” ilə üz-üzə gələcək.

 

Reqlamentə əsasən, qruplarda ilk 2 yeri tutacaq klublar növbəti mərhələyə yüksələcək. Həmin 12 komanda 2 mərhələdə mübarizə aparacaq və ardınca “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək.

 

A qrupu

“Omiçka” (Rusiya)

“Beziers” (Fransa)

“Rabitə” (Azərbaycan)

“Dresdner” (Almaniya)

 

B qrupu

“Dinamo” (Moskva, Rusiya)

“Pyaçentsa” İtaliya

“Srvena Zvezda” (Serbiya)

“İqtisadçı” (Azərbaycan)

 

C qrupu

“Vakıfbank” (Türkiyə)

“Atom” (Polşa)

“Dinamo-Romprest” (Rumıniya)

“Gent” (Belçika)

 

D qrupu

“Əczaçıbaşı” (Türkiyə)

“Kann” (Fransa)

“Şveriner” (Almaniya)

“Agel” (Çexiya)

 

E qrupu

“Qalatasaray” (Türkiyə)

“Konegliano” (İtaliya)

“Azəryol” (Azərbaycan)

“Yamamay” (İtaliya)

 

F qrupu

“Dinamo” (Kazan, Rusiya)

“Tauron” (Polşa)

“Stiinta” (Rumıniya)

“Volero” (İsveçrə)

 

Qeyd edək ki, analoji yarışın son mövsümündə Azərbaycan çempionu “Rabitə” gümüş medal qazandığı halda, “Azəryol” (“Azərreyl”) pley-offda uduzmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar