Azərbaycan güləşçisi Zaqrebdə çempion olub
Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
APA-nın məlumatına görə, ilk yarış günündə qrup mərhələsinin görüşləri baş tutub.
Azərbaycan təmsilçisi Oyan Nəzəriani (+90 kq) Serbiya güləşçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
İkinci yarış günündə həlledici qarşılaşmalar olub. O. Nəzəriani yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.
786