Azərbaycan futbolunda daha bir qeyri-etik jestin cəzası açıqlandı
25 fevral 2014 13:43 (UTC +04:00)

Azərbaycan futbolunda daha bir qeyri-etik jestin cəzası açıqlandı

Bakının “Rəvan” futbol klubunun qapıçısı Lukas Sapela 3 oyunluq cəzalandırılıb. Lent.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

 

Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” ilə matçın 74-cü dəqiqəsində ikinci penaltini dəf etdikdən sonra Sapelanın etdiyi hərəkət qeyri-etik jest kimi dəyərləndirilib. Baş hakim Elvin Əsgərov polşalı qolkiperi birbaşa qırmızı vərəqə ilə meydandan qovub. İntizam Komitəsi isə 32 yaşlı qapıçını sərt cəzalandırmaqla yanaşı, klubunu 2000 manat cərimələyib. Digər tərəfdən, müvafiq olaraq, 7 və 4 futbolçusunun sarı vərəqə alması səbəbindən “Rəvan” və “Qəbələ” hərəyə 1000 manat cərimələnib. 

 

AZAL-ın futbolçusu Aleksandr Şemonayev isə növbəti turu buraxmalı olacaq. O, “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Şemonayev 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

Qeyd edək ki, daha öncə “Neftçi”nin futbolçusu Mahir Şükürov “Xəzər Lənkəran”la Premyer Liqanın XX tur matçı zamanı azarkeşlərə qeyri-etik jesti səbəbindən 3 oyunluq cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar