Azərbaycan FİFA reytinqində irəlilədi
05 iyun 2014 16:31 (UTC +04:00)

Azərbaycan FİFA reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız ötən ayla müqayisədə 2 pillə irəliləyib.

 

Hazırda aktivində 396 xalı olan komandamız 83-cü pillədə qərarlaşıb.

 

Siyahının ilk üçlükdə qərarlaşan İspaniya və Almaniyanın mövqeyində dəyişiklik olmayıb. İspanlar birinci, almanlar ikinci, Portuqaliyanı qabaqlayan Braziliya isə üçüncü yerdədir.

 

Yığmamızın növbəti seçmə mərhələdəki rəqiblərindən İtaliya və Norveçin mövqeyi olduğu kimi qalıb. Appeninlilər 9-cudursa, skandinaviyalılar 55-cidir. Millimiz kimi Xorvatiya da irəliləyib. Slavyanlar 20-ci sıradan 18-ə yüksəlib. Bolqarıstan və Malta isə geriləyib. Artıq bizi bolqarlarla cəmi 5 pillə ayırır.

 

Belə ki, Balkan yarımadası təmsilçisi 5 pillə geri düşməklə 78-ci sıranın sahibi olub. Malta isə 4 pillə geriləyərək 132-ci sıraya düşüb.

 

Qonşularımızdan 1 pillə geriləyən Rusiya 19-cu pillənin sahibidir. Qardaş Türkiyə yığması 4 pillə irəliləyərək 35-ci sıraya yüksəlib. 5 pillə geriləyən Ermənistan 38-ci, 7 pillə irəli sıçrayış edən Gürcüstan 96-cıdır.

 

Qeyd edək ki, ən böyük irəliyə addım edən komanda ötən il yoldaşlıq oyununda uduzduğumuz Fələstindir. Bu komanda 71 pillə irəliləyib və 94-cü sıraya yüksəlib. Ən mənfi göstəriciyə isə Səudiyyə Ərəbistanı imza atıb. Ərəblər 15 pillə geriləməklə Şimali İrlandiya ilə yanaşı 90-cı pilləni bölüşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar

Ançelottinin yeni ünvanı  rəsmən AÇIQLANDI

Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI

12 may 2025 , 18:32
"İnter"in iki hücumçusu klubunu dəyişəcək

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu  üstələdi

Seriya A debütantı klub rekordunu üstələdi

12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi  məlum oldu

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu

12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı

7 ildən sonra Bundesliqaya qayıtdı

12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol

“Dortmund” - “Bayer” oyununda 6 qol

12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu

“El Klasiko”nun qalibi “Barselona” oldu

11 may 2025 , 20:25