Azərbaycan cüdoçusu Yaponiyada bürünc medal qazandı
Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Lent.az-ın məlumatına görə, millimizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov turnirin bürünc medalına sahib olub.
Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyfferi, daha sonra isə kubalı
Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda isə, o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək “Böyük dəbilqə”nin bürünc medalını qazanıb. Digər təmsilçimiz Elxan Məmmədov isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.
Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.
141