Topaz Premyer Liqasının 2015/16 mövsümünün ən intizamsız oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatan çempionatın 36 turunda 3 qırmızı alan yeganə futbolçu Jairo Rodrigesdi.
“Neftçi”nin legioneri hərəyə 2 dəfə meydandan qovulan 4 oyunçunu “qabaqlayır”. Onun komanda yoldaşı Aylton Silva, “Sumqayıt”ın üzvü Emin Mehdiyev, həmçinin “Xəzər Lənkəran”da oynadığı vaxt cəzalanan Manuel Skarlatake və Elşən Rzazadə hərəyə 2 dəfə meydandan qovulub.
Sarı vərəqə sayında da rekordçular var. Bu göstəricidə mütləq rekord Budaq Nəsirova məxsusdu. Sonuncu turda alınan xəbərdarlıq “Kəpəz”in gənc oyunçusu üçün 16-cı olub.
“Neftçi”nin üzvləri Ruslan Qurbanovla Erik Ramosun hərəyə 12 “sarı”sı var. 11 xəbərdarlıq alan Cəmil Hacıyev (“Sumqayıt”) daha bir görüşdə birbaşa qırmızıya məruz qalıb.