Azərbaycan – Lüksemburq matçında 33 yaşlı referi
22 may 2013 11:00 (UTC +04:00)

Azərbaycan – Lüksemburq matçında 33 yaşlı referi

Azərbaycan və Lüksemburq milli komandaları arasında keçiriləcək futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup matçının hakimləri açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşə macarıstanlı Mihali Fabian baş hakim təyin olunub.

 

Ona həmyerlilərindən İştvan Norbert Albert və Peter Berettyan yan xətt, Şandor Andro-Sabo isə 4-cü hakim qismində kömək edəcəklər. Albaniyalı Sokol Yareçi hakim-inspektor, sloveniyalı Tuqomir Frayman isə komissar olacaq.

 

2007-ci ildən FİFA referisi olan Fabian əvvəllər Azərbaycan komandalarının iştirakı ilə 3 oyunu idarə edib. O, əvvəlcə 2007-ci il iyunun 2-də Yunanıstan və Azərbaycanın 21 yaşadək futbolçuları arasında dünya çempionatının seçmə matçında baş hakim olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. 2009-cu il iyulun 23-də gənc referi Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Norveç “Rusenborq”u üzərində 1:0 hesablı qələbə qazandığı cavab görüşündə də fit çalıb. Hazırda 33 yaşında olan referi 2012-ci il iyulun 19-da Bakı “İnter”inin Yunanıstan “Asteras”ı ilə 1:1 hesablı heç-heçə etdiyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu da idarə edib.  

 

Qeyd edək ki, iyunun 7-də Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar