Serbiya çempionatının XXXII turu xoşagəlməz hadisəylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda” və “Borats” klubları arasında matç təxirə salınıb.
Buna matçdan əvvəlki gecə azarkeşlər arasında yaşanan qalmaqal səbəb olub. Dava-dalaşda 21 yaşlı fanat bıçaqla qətlə yetirilib. Səfərdə oynamalı olan Belqrad təmsilçisinin daha bir azarkeşi yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib. Oyunun nə vaxt keçiriləcəyinə klublarla məsləhətləşmələrdən sonra liqa rəhbərliyi qərar verəcək.