Avropa Oyunlarının rəhbərliyində dəyişiklik
28 aprel 2014 11:15 (UTC +04:00)

Avropa Oyunlarının rəhbərliyində dəyişiklik

Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Cim Şerr vəzifəsini tərk edərək, ABŞ-a qayıdıb. Lent.az-ın məlumatına görə, Şerrin bu vəzifədə 12 ay fəaliyyət göstərib.

 

Həmin müddətdə o, innovativ və əsas diqqəti atletlər üzərində cəmləşən ilk Avropa Oyunlarının həyata keçirilməsi üçün tələb olunan planlaşdırma və təşkilati strukturları yerinə qoyub. Şerr istefası ilə bağlı bunları deyib: ““Mən şübhə etmirəm ki, Avropa Oyunlarının gələn yay Bakıda uğurla keçirilməsi üçün təşkilatı fantastik vəziyyətdə tərk edirəm. Koordinasiya Komitəsində son digər bir pozitiv dəyişiklikdən sonra mən hiss edirəm ki, gənc ailəmlə birlikdə daha çox vaxt keçirmək və təsis etdiyim konsaltinq, yarışlar və marketinq şirkəti olan “776 Marketinq”in baş icraçı direktoru kimi vəzifəmə başlamaq üçün ABŞ-a qayıtmağın əsl vaxtıdır. Bakıda olduğum müddətdə mənə verdikləri dəstəyə görə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya, gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istəyirəm. Əminəm ki, formalaşdırdığımız olduqca istedadlı və peşəkar kollektiv Azərbaycan və Avropanın qalan hissəsinin fəxr edəcəyi bir yarış həyata keçirəcək”.

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki isə Şerrə minnətdarlığını bildirib: “Onun səyi nəticəsində innovativ və atlet yönümlü mükəmməl modelin yaradılması ilə Oyunlar Avropa Olimpiya Komitələrinin konsepsiyasının tələblərinə cavab verə bilən səviyyəyə qaldırıldı. Biz ona gələcəkdə böyük uğurlar arzulayırıq”.

Gənclər və idman naziri, Bakı2015 Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov da Şerrə paytaxtımızda olduğu dövr ərzində göstərdiyi peşəkarlığa, səyə və etdiyi rəhbərliyə görə təşəkkür edib: “Onun tövsiyələri ilə biz işimizdə böyük irəliləyişə nail olmuşuq və o, I Avropa Oyunlarının nümunəsini yaratmaqda inteqral rol oynayıb. Gələn il ilk cəlbedici Avropa Oyunlarını reallaşdıracağımız üçün biz indi hazırlıq işlərimizin növbəti mərhələsini nəzərdən keçiririk”.

Azərbaycanın tarixində ilk ən böyük çox növlü idman yarışında 19 idman növü üzrə Avropadan 6000  idmançı iştirak edəcək. Bakı milli olimpiya komitələri və Avropa atletlərindən ötrü qarşıdakı onilliklər üçün 20 böyük təzə və təmir olunmuş yarış obyektlərinə sərmayə yatıraraq Avropa atletləri və Azərbaycan gəncləri üçün gözəl yerlər və dünya səviyyəli obyektlər təmin edir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar