Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr verildi
11 iyul 2015 12:06 (UTC +04:00)

Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr verildi

Bu gün Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı olub.


 

APA-nın xəbərinə görə, ilk 50 könüllü gəncə təşəkkürnamələr gənclər və idman naziri Azad Rəhimovla təhsil naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunub.

 

A. Rəhimov bildirib ki, Bakı-2015 I Avropa Oyunları zamanı ölkədə könüllülər mədəniyyəti yaranıb: “Biz Azərbaycanı Avropa və dünyanın tarixinə yazdıq. Bu prosesdə minlərlə könüllü iştirak etdi. Lakin bu gün burada 50 gənc iştirak edir. Düşünürəm ki, siz burada minlərlə könüllü ordusunu təmsil edirsiniz. Prezidentİlham Əliyev və Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva sizin əməyinizi yüksək qiymətləndirdilər Sizə təqdim olunacaq təşəkkürnamələrdə Azərbaycanın iki əziz insanının imzası var. Bu sizin əməyinizə verilən ən böyük qiymətdir. Biz bu işləri sizsiz bacara bilməzdik. Sizin köməyinizlə bu işləri həyata keçirdik”.

 

A. Rəhimov qeyd edib ki, gələcəkdə ölkədə keçiriləcək beynəlxalq idman yarışlarında da könüllülərin xidmətindən istifadə oluna bilər: “Azərbaycanda Formula-1, İslam Həmrəylik Oyunları, Dünya Şahmat Olimpiadası və 2020-ci ildə keçiriləcək Avropa futbol çempionatında sizin xidmətlərinizdən istifadə edə bilərik. Sizinlə əlaqələrimizi kəsməməliyik”. 

 

Təhsil naziri M. Cabbarov isə Bakı-2015 I Avropa Oyunlarının Azərbaycana böyük miras qoyduğunu deyib: “Düşünürəm ki, I Avropa Oyunlarının Azərbaycana qoyduğu ən böyük miras insan kapitalıdır. Bu prosesdə iştirak edən 17 mindən çox könüllünün 14 mini təhsil müəssisələrini təmsil edirdi. Bu, qürurverici haldır.Təhsil Nazirliyi olaraq bu işə gələcəkdə də töhfə verməyə hazırıq. I Avropa Oyunları idmanın populyarlaşdırılmasına xidmət etdi və Azərbaycanı dünya xəritəsində tam fərqli bir yerdə nümayiş etdirdi. Azərbaycan böyük bir idman ölkəsi kimi üzərinə götürdüyü işin öhdəsindən layiqli şəkildə gəldi”.

 

Tədbirdə könüllülər haqda hazırlanmış video-çarx nümayiş olunub.

 

Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi gələn həftə Prezident yanında Gənclər Fondu tərəfindən təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar

O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55