Avropa Oyunları və olimpiadaya yol Bakıdan keçir
30 aprel 2014 17:20 (UTC +04:00)

Avropa Oyunları və olimpiadaya yol Bakıdan keçir

Bakıda keçiriləcək taekvondo üzrə Avropa çempionatı 2015-ci il Avropa Oyunlarına və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından əhəmiyyətli olacaq. Lent.az-ın məlumatına görə, bunu Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos deyib.

O bildirib ki, qitə çempionatında hər çəkidə ilk yeri tutanlara 40, ikinci yerə 20, üçüncü yerə isə 10 reytinq xalı veriləcək. Avropa Oyunlarında hər çəkidə 6 ən reytinqli taekvondoçu mübarizə aparacaq. Azərbaycana təşkilatçı ölkə kimi birbaşa 4 yer veriləcək. Daha 4 vəsiqənin sahibini isə Avropa Olimpiya Komitəsi müəyyənləşdirəcək.

Praqalosun sözlərinə görə, qitə çempionatı Avropa Oyunlarının kölgəsində qala bilməz: “Çünki Avropa Oyunları hər 4 ildən bir dəfə, Avropa çempionatı isə 2 ildə bir dəfə keçirilir. Həm də qitə çempionatından fərqli olaraq, Avropa Oyunlarında seçilmiş, reytinqli idmançılar iştirak edirlər”.

Qeyd edək ki, taekvondo üzrə Avropa çempionatı mayın 1-dən 4-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar