İdmançılar üçün lazımi infrastrukturun yaradılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Federasiya rəsmisi Azərbaycanda minlərlə gəncin velosiped idmanı ilə aktiv şəkildə məşğul olduğunu xüsusi vurğulayıb. O bildirib ki, hazırda əsaslı şəkildə təmir edilən Respublika velotreki bu il velosipedsevərlərin istifadəsinə veriləcək. Ötən il tikilən velopark isə bu gün tam gücü ilə fəaliyyət göstərir və burada velosiped həvəskarları istədikləri vaxt öz sevimli idman növü ilə məşğul ola bilərlər.
Gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları – Baku-2015-ə hazırlıq prosesi çərçivəsində Velopark ərazisində BMX stadionu da tikilməkdədir: “Bu Oyunların ölkəmizdə velosiped idmanının BMX növünün də inkişafına böyük kömək olacağına əminik”.