2015-ci il Avropa Oyunları üçün bütün obyektlər gələn il fevralın 1-dək hazır olmalıdır. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, inşaat işlərinin gedişinə müdiriyyət, texniklər, nazirlik əməkdaşları, inşa edən təşkilat tərəfindən gündəlik nəzarət edilir: “Çünki tapşırıq verilib: bütün obyektlər gələn il fevralın 1-də hazır olmalıdır. İşlər qrafikə uyğun aparılır. Şükür Allaha, qrafikdə hər hansı sapma yoxdur”.
Qeyd edək ki, I Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək Bakıda təşkil olunacaq.