Avropa Liqasının finalını idarə edəcək hakimlərin adı müəyyənləşib. Lent.az-ın xəbərinə görə, mayın 14-də “Sevilya” və “Benfika” arasında keçiriləcək oyunu almaniyalı Feliks Brix idarə edəcək.
İtaliyanın Turin şəhərində baş tutacaq görüşdə FİFA referisinə həmyerliləri, yan xətt hakimləri Mark Bors ve Stefan Lupp kömək edəcək.
UEFA qarşılaşmanın 4-cü hakimi kimi serbiyalı Milorad Maziçə təyinat göndərib. Əlavə hakim köməkçiləri Almaniyadan Tobias Velz və Bastian Dankert, ehtiyat hakim isə Torsten Shifner olacaq.