Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, püşk nəticəsində 48 komanda 12 qrupa bölünüb.
A qrupu: “Valensiya” (İspaniya), “Suonsi” (İngiltərə), “Kuban” (Rusiya), “Sankt-Qallen” (İsveçrə)
B qrupu: PSV (Hollandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Çernomorets” (Ukrayna), “Ludoqorets” (Bolqarıstan)
C qrupu: “Standard” (Belçika), “Zalsburq” (Avstriya), “Elfsborq” (İsveç), “Esbyerq” (Danimarka)
D qrupu: “Rubin” (Rusiya), “Uiqan” (İngiltərə), “Maribor” (Sloveniya), “Zulte Varegem” (Belçika)
E qrupu: “Fiorentina” (İtaliya), “Dnepr” (Ukrayna), “Pakoş Ferreyra” (Portuqaliya), “Panduri” (Rumıniya)
F qrupu: “Bordo” (Fransa), APOEL (Kipr), “Ayntraxt” (Almaniya), “Makkabi” (Təl-Əviv, İsrail)
G qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Genk” (Belçika), “Rapid” (Vyana, Avstriya), “Tyun” (İsveçrə)
H qrupu: “Sevilya” (İspaniya), “Frayburq” (Almaniya), “Eştoril” (Portuqaliya), “Liberets” (Çexiya)
İ qrupu: “Lion” (Fransa), “Betis” (İspaniya), “Vitoriya” (Portuqaliya), “Riyeka” (Xorvatiya)
J qrupu: “Latsio” (İtaliya), “Trabzonspor” (Türkiyə), “Legiya” (Portuqaliya), “Apollon” (Kipr)
K qrupu: “Tottenhem” (İngiltərə), “Anji” (Rusiya), “Şerif” (Moldova), “Tromse” (Norveç)
L qrupu: AZ (Hollandiya), PAOK (Yunanıstan), “Makkabi” (Hayfa, İsrail), “Şaxtyor” (Karaqanda, Qazaxıstan)
İlk turun oyunları sentyabrın 19-da keçiriləcək. Final matçı mayın 18-də İtaliyanın Turin şəhərində olacaq.