Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi səfərdə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşıb.
Təmsilçimiz səfərə sərfəli nəticə qazanmaq ümidi yollansa da, minimal hesablı məğlubiyyətə uğrayıb.
Matçın yeganə qolunu Stoylkoviç 53-cü dəqiqədə penalti zərbəsindən vurub.
"Qəbələ"nin bütün cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayıb və Roman Qriqorçukun yetirmələri səfərdən minimal hesablı məğlubiyyətlə dönür.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan) - 1:0
Qol: Stoylkoviç, 53 (pen.)