Həftənin sonunda Avropa futbolunda tarixi hadisə baş verəcək.
APA TV-nin məlumatına görə, qadın hakim Almaniyanın çempionatının matçını idarə edəcək. Bibiana Ştaynhaus Avropa çempionatlarının elit divizionunda çalışacaq ilk qadın hakim olacaq. Ştaynhausun 38 yaşı var. O, polis zabitidir, eyni zamanda 1999-cu ildən professional hakimdir.
Bibiana Ştaynhaus qadın futbolunda maksimum uğura nail olub və Almaniya kubokunun finalını, 2011-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını və 2012-ci ildə Londonda qadınlar arasında olimpiya yarışını idarə etməklə məşhurdur.