Avropa çempionatında uğurlu start
23 avqust 2013 14:32 (UTC +04:00)

Avropa çempionatında uğurlu start

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmə taekvondoçuların Avropa birinciliyinə Azərbaycan milli komandası uğurla başlayıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmsilçilərimiz ilk yarış günündə 1 gümüş, 2 bürünc medalla qazanıblar.

 

Ümid Məmmədov (33 kq) Moldova, Rumıniya, Fransa, İsrail idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə o, Böyük Britaniya təmsilçisi Gnanapandithan Virosana məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Seyda Pirseyidova (29 kg) Rusiya və Kipr idmançılarına  qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda o, xorvatıyalı Nataliya Lovriçə uduzaraq, bürünc medalla kifayətlənib.

 

Nərgiz Mirzəyeva (33 kq) isə Rumıniya və İtaliya taekvondoçularına qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə Türkiyə təmsilçisi İlgız Serife 0-16 hesabı ilə yenilərək çempionatı bürünc medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar