Avropa çempionatında idmançımız iki medal qazandı
01 iyul 2013 15:29 (UTC +04:00)

Avropa çempionatında idmançımız iki medal qazandı

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatını Azərbaycan milli komandası 2 bürünc medalla başa vurub. Lent.az-ın məlumatına görə, hər iki medala yeniyetmə kanoeçimiz Aleksey Kupin sahib olub.

 

Kupin 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləyərək, yekunda 3-cü olub. O, 1000 metr məsafəni 4 dəqiqə 1,778 saniyəyə, 500 metr məsafəni isə 1 dəqiqə 55,192 saniyəyə qət edib.

 

Digər təmsilçilərimizdən Mirnazim Cavadov da əsas finaladək irəliləyə bilib. O, 23 yaşadək kayakçıların yarışında 1 nəfərlik qayıqla həlledici yürüşdə 500 metr məsafəni 1 dəqiqə 49,826 saniyəyə qət edərək, 7-ci olub. 1000 metr məsafəyə yürüşdə isə Cavadov B finalında çıxış edib və 38,792 saniyə nəticə ilə ümumi sıralamada 14-cü olub.

 

Kanoeçilərin mübarizəsində 200 metr məsafəyə yürüşdə B finalında Mikita Sablin 1 nəfərlik qayıqla yeniyetmələr arasında 45,724 saniyə göstərici ilə 11-ci, Anatoli Melnik isə 23 yaşlılar arasında 46,007 saniyə nəticə ilə 15-ci yeri tutub. Kayakçımız Amil Hüseynli B finalında 200 metr məsafəyə həm 1 nəfərlik qayıqla (40,362 saniyə), həm də Yasin Əhmədovla birgə 2 nəfərlik qayıqla (37,011 saniyə) yürüşlərdə 14-cü olub. Bu duet 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 38,844 saniyəyə çataraq, 16-cı yerlə kifayətlənib. Nəhayət, kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 23 yaşlılar arasında 1000 metr məsafəyə yürüşdə B finalında 3 dəqiqə 44,120 saniyə nəticə ilə 18-ci olub.

 

Ümumi komanda hesabında Azərbaycan yığması yeniyetmələrin mübarizəsində medal sayında 9 – 11-ci yerləri bölüşdürüb, medal əyarında isə 16-cı olub. Bu yaş kateqoriyasında millimiz 116 xalla 32 ölkə arasında 17-ci yeri tutub. 23 yaşlılar arasında yığmamız medal qazana bilməsə də, 68 xal toplamağı bacarıb. Nəticədə ölkəmiz 25-ci yerlə kifayətlənib.

 

 

# 486
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57