Avropa çempionatında 3 qızıl, 4 gümüş, 1 bürünc medal
29 iyun 2013 17:40 (UTC +04:00)

Avropa çempionatında 3 qızıl, 4 gümüş, 1 bürünc medal

Serbiyanın Novi Sad şəhərində məktəblilər arasında keçirilmiş Avropa çempionatında Azərbaycan şahmatçıları 8 medal qazanıblar. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 13 ölkədən 250-dək məktəblinin qatıldığı yarış İsveçrə sistemi üzrə 9  turdan ibarət olub.

 

Ölkəmizi ümumilikdə 23 şahmatçı təmsil edib. 7 yaşadək oğlanlar arasında Ümid Aslanov 9 oyundan 7 xalla Avropa çempionu olub. Naxçıvan şahmatçısı Rauf Murtuzov   8.5  xalla 11 yaşlı oğlanlar arasında qızıl medal qazanıb. Üçüncü qızıl medalı 13 yaşlı  qızlar arasında mübarizə aparan Xanım Balacayeva aktivinə 7.5 xal yazaraq əldə edib.

 

9  yaşadək qızlar arasında Sumqayıt şahmatçısı Səbinə Rzalı Türkiyə şahmatçısı Sila Çağlarla 1-2-ci yeri bölüşdürüb. Rzalı əlavə göstəricilərə görə 2-ci yerin sahibi olub. Eyni yaş qrupundakı oğlan təmsilçimiz Əhməd Əhmədzadə, 11 yaşadək oğlanlar arasında Sumqayıt şahmatçısı Rəvan Əliyev və 15 yaşadək qızların mübarizəsində Nərmin Məmmədova da gümüş medal qazanıb.

 

Yeganə bürünc medala isə 15 yaş oğlanların çempionatında İlkin Rəhimli yiyələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar