Türkiyə millisinin "Barselona"lı futbolçusu Arda Turan Turan Çempionlar Liqasının 1/4 finalının püşkünü dəyərləndirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Arda Turan bu mərhələdə keçmiş klubu "Atletiko Madrid”lə qarşılaşacaqları üçün çox həyəcanlı olduğunu dilə gətirib.
"Çoxdandır bu oyun haqqında fikirləşirdim. Keçmiş klubumla qarşılaşma çox maraqlı olacaq, həyəcanlıyam. İşimiz çox çətindi. Biz bu səddi keçərək, finalda oynamaq istəyirik”.