Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfər çərçivəsində yerli jurnalistlərlə görüşüb.
Azerisport.az xəbər verir ki, Turan görüş zamanı bunları söyləyib: “Mən Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram. Axı o mövsümün əvvəlində bizə dəstək oldu. Sinəmdə “Azərbaycan” yazıldığı üçün fəxr edirəm. Gedəcəyimə gəlincə, 2017-ci ilə qədər müqaviləm var və heç yana hazırlaşmıram. “Atletiko”da özümü evdəki kimi hiss edirəm”.