Rusiyada yaşayan əslən azərbaycanlı milyarder Araz Ağalarov Türkiyənin “Fənərbağça” klubunun sponsoru olacağına dair xəbərlərə münasibət bildirib. Lent.az “Krokus” şirkətinin prezidentinin “Komsomolskaya Pravda”ya müsahibəsini təqdim edir:
- “Fənərbağça”nı almağa hazırlaşdığınıza dair xəbərlər doğrudur?
- Xeyr, bu doğru deyil. Hətta bu mövzuda düşünməmişəm və belə hərəkətə yol vermək niyyətində olmamışam.
- Elə isə bu informasiya haradan qaynaqlanır?
- Mənim üçün şərh etmək çətindir.
- Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov əcnəbi futbol klublarını almaq iqtidarındadır?
- Hesab edirəm ki, almaq lazım gəlsə, özümüzünküləri – rus klublarını alacağam.
- Bəs belə niyyətiniz var?
- Birincisi, mən 2 komandanın – “Dinamo” futbol və Moskvaətrafı Krasnoqorskı təmsil edən “Zorki” otüstü hokkey klublarının sponsoruyam. Bu yükü çətinliklə çəkirəm və o baxımdan, nə isə almağa hazırlaşmıram.