Ançelotti: Sevincimin həddi-hüdudu yoxdur
25 may 2014 14:29 (UTC +04:00)

Ançelotti: Sevincimin həddi-hüdudu yoxdur

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, artıq üçüncü dəfə Avropanın ən əsas turnirində qalib gələn italiyalı mütəxəssis sevincinin həddi-hüdudu olmadığını bildirib.

 

Ançelotti “Real” üçün vacib qələbəni əldə etdiklərini vurğulayıb: “Bu çox vacibdir. Biz hamımız, bütün mövsümü yorulmadan işləyənlərin hamısı indi bu nailiyyətlə fəxr edirlər, “Real”la fəxr edirlər. Mən xoşbəxtəm. Əsl xoşbəxtlik bizi hər gün, hər zaman dəstəkləyənlərə xoşbəxtlik bəxş etməkdir. “Real”ın azarkeşləri göyün yeddinci qatındadırlar, ona görə də, biz də xoşbəxtik”.

 

Baş məşqçi bildirib ki, komandaya gəldiyi ilk gündə klub prezidentinə Çempionlar Liqasında qalib gəlməyə söz verib: “Mən “Santyaqu-Bernabeu” stadionunun mükafat zalına daxil olduğum ilk gündə prezidentə bildirdim ki, kubokun biri çatışmır və biz onu əldə edəcəyik. Oyunda ən çətini hesabı bərabərləşdirmək idi. “Atletiko” çox gözəl müdafiə olunurdu. Amma biz bütün yollarla qol axtarırdıq və buna nail olduq. Sonra isə oyunu tam dəyişdik. Vurulan qol bizim enerjimizi yenilədi və qələbə iradəmizi gücləndirdi. Mənim bəxtim gətirir. Bunu bu oyuna görə demirəm. Mənim bəxtimin gətirdiyini də söyləmək olar, bizim son dəqiqəyə qədər mübarizə apardığımızı da. Bu futboldur. Bəzən bəxtin gətirir, bəzən yox. Fasilədə daha sürətlə oynamağı tapşırdım. Bütün 90 dəqiqə hücuma səsləyirdim. Buna görə də, “Atletiko”ya bu qədər çətinlik yaratdıq”».

 

Ançelotti Çempionlar Liqasını dünyanın ən vacib turniri adlandırıb: “Biz bu turnirdə qalib gəlmişik. Mən Simeone ilə danışmışam. Onu çempionatda qələbə ilə təbrik etmişəm. Qələbə çalmayan, amma mübarizə aparan komandalar, həmişə hörmətə layiqdir. Fikrimcə, biz bu qələbəyə layiq idik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Oxşar yazılar