Rusiya milli komandasının Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün yekun heyəti açıqlanıb. Lent.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Fabio Kapello 35 futbolçudan ibarət ilkin siyahıdan 25-nin səfər oyunlarına aparılması qərara alınıb.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıgin (“Zenit”), Sergey Rıjikov (“Rubin”)
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı MOİK), Vladimir Qranat (“Dinamo” M), Aleksey Kozlov (“Kuban”), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi “Spartak” M), İqor Smolnikov (“Zenit”)
Yarımmüdafiəçilər: İqor Denisov (“Dinamo” M), Denis Qluşakov (“Spartak” M), Pavel Mamayev (“Krasnodar”), Aleksandr Ryazantsev (“Rubin”), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov (hamısı “Zenit”)
Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Aleksandr Səmədov (“Lokomotiv” M), Yuri Jirkov, Aleksandr Kokorin, Fyodor Smolov (hamısı “Dinamo” M).
Qeyd edək ki, Rusiya millisi oktyabrın 11-də Lüksemburqun qonağı olduqdan sonra Bakıya gələcək. Millimiz şimal qonşularımızı oktyabrın 15-də “Bakcell Arena”da qəbul edəcək. Oyun saat 22:00-də başlanacaq.