Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi (MOK) 18 ağırlıqqaldıranımızın dopinq qalmaqalı səbəbindən cəzalandırılması ilə əlaqədar bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənəddə baş verənlərdən məyusluq ifadə edilib.
Nazirlik yaranmış durumla əlaqədar MOK və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ilə birgə problemin həlli istiqamətində səylər göstərdiyini açıqlayıb. AAAF 8 üzvünün işdən uzaqlaşdırılması ilə əlaqədar qərar qəbul edib. Onlar federasiya rəsmiləri, məşqçilər və yığmanın həkimidir. Hazırda federasiya tərəfindən araşdırmalar davam etdirilir. Araşdırma nəticəsində lazım gələrsə, yaranmış problemdə məsuliyyəti olan digər şəxslərin də qurumdan uzaqlaşdırılacağı bildirilir.
Nazirlik və MOK-un araşdırmalarının əsas istiqamətlərindən biri isə idmançılardan 2013-cü ilin aprel, iyun və sentyabr aylarında idmançılardan götürülmüş dopinq-testin müsbət nəticə verməsinə baxmayaraq, cavabların bir il sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi səhifəsində yer almasıdır. Digər araşdırılması tələb olunan sual isə idmançılarımızın dopinq-testdə ilişmələrinə rəğmən, beynəlxalq yarışlara buraxılmasıdır. Bu və digər suallar araşdırılması üçün müvafiq qurumlara göndərilib.
Qeyd edək ki, “İdman haqqında” Qanuna 2010-cu ildə edilmiş əlavələrdə dopinqdən istifadə cəzaları əksini tapıb. Belə idmançıların 2000 manat cərimələnməsi və ya 2 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulub.

Ağırlıqqaldırma Federasiyası 8 nəfəri qovdu - YENİLƏNİB
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04