Ağır atletimiz Avropa çempionu oldu
10 aprel 2013 04:34 (UTC +04:00)

Ağır atletimiz Avropa çempionu oldu

 Albaniyada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 62 kq çəki dərəcəsində birdən-birə iki atletimiz – Valentin Xristov və Zülfüqar Süleymanov medal qazanmaq üçün körpücük üzərinə çıxıblar.

 

290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü, Valentin Xristov isə 312 kq-la (137 kq + 175 kq) çempion adına layiq görülüblər.

 

Qeyd edək ki, yarışların ilk günündə milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparıb və böyük uğur qazanaraq gümüş medala sahib çıxıb.

 

# 1397
avatar

Oxşar yazılar