AFFA Tahir Süleymanovu stadionlardan qovdu
22 aprel 2014 17:39 (UTC +04:00)

AFFA Tahir Süleymanovu stadionlardan qovdu

“Neftçi” futbol klubunun vitse-prezidenti Tahir Süleymanov 20 min dollar cəriməni ödəməyənədək, stadionlara girə bilməyəcək. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Qərarda bildirilir ki, Süleymanovun cəzası başa çatsa da, cəriməni ödəmədiyindən, ona qarşı tətbiq edilmiş stadiona giriş qadağası hələ də davam edir. Lakin vitse-prezident Topaz Premyer Liqasında XXXI turun “Neftçi” – “Sumqayıt” matçında iştirak edib. AFFA nümayəndəsi oyundan öncə ondan stadionu tərk etməsini istəsə də, klub rəsmisi bunu rədd edib və oyunu izləməyə davam edib. Bu səbəbdən, cərimə ödənilməyənədək “Neftçi” rəsmisinə klubun iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona giriş qadağası sanksiyası davam edir. Süleymov İntizam Komitəsinin qərarını yenidən pozsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

 

Qeyd edək ki, Tahir Süleymanov Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la oyundan sonra KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar