AFFA 2020-ci il Avropa çempionatına namizədlik üçün Sifariş Kitabını hazırlayıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, sənəd UEFA-ya vaxtından əvvəl təqdim olunub.
Bakının namizədliyi ilə əlaqədar görüləcək tədbirlər haqqında 2013-cü il mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Sifariş Kitabının hazırlanması və təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Çempionatın oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.