AFFA 24 nəfəri futboldan uzaqlaşdırdı - <span style="color:red;">DANIŞILMIŞ OYUN İTTİHAMI
22 noyabr 2016 14:32 (UTC +04:00)

AFFA 24 nəfəri futboldan uzaqlaşdırdı - DANIŞILMIŞ OYUN İTTİHAMI

Bu gün İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib.

 

Məsələ AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

 

Bunlar 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdi. Onların siyahısı aşağıdakı kimidi:


“Şahdağ”

Kamran Ağakərimov

İqrar Səmədov

Tofiq Səfiyev

Mahiddin Ağamov  

Faik Ağarəhimov

Rafael Kübərov (inzibatçı)

        

“Rəvan”

Əkbər Əhmədov

Fərid Ağayev

Mirqasım Cabbarlı

Elvin Əliyev

Omid Masumi

Fərid Quliyev

Cəmşid Məhərrəmov

 

“Bakılı”

Bəhram Bəhramzadə

Xəzər Qəribov

       

“Göyəzən”

Arzuman Vəliyev

Orxan Əsgərov

Tunar Şahtaxtinski

        

“Energetik”

Elvin Əlizadə

Kamran Lalayev

Orxan Əlibalayev

       

“Şərurspor”

Mehdi Rəsulov

Samir Musayev

        

Hakim

Anar Niyazov

 

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar