AFFA daha bir “lipa” futbolçu aşkarladı
03 oktyabr 2013 13:49 (UTC +04:00)

AFFA daha bir “lipa” futbolçu aşkarladı

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun 17 yaşlılardan ibarət komandasına texniki məğlubiyyət verib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”lə Azərbaycan çempionatının oyunu zamanı əyalət komandasının futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olduğu aşkarlanıb. 

Daha dəqiqi, Süleymanovun yaşının azaldıldığı üzə çıxıb. Bu səbəbdən, “Qəbələ” 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 1000 manat cəriməyə məruz qalıb, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilib. Belə halların yenidən baş verəcəyi təqdirdə, ona qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

Matçın 40+1-ci (U-17 liqasında hər hissə 45 dəqiqə davam edir) dəqiqəsində “İnter”in futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Ona 2 oyunluq cəza kəsilib. 40+2-ci dəqiqədə isə “İnter”in daha bir oyunçusu Kənan Həsənov Elməddin İsgəndərovun başçılıq etdiyi hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Ona 4 oyunluq cəza verilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin sədri Xaqani Məmmədov kobud səhvlərə yol verən Elməddin İsgəndərovun hakimlikdən kənarlaşdırılacağını açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

Oxşar yazılar