AFFA azarkeşi döyən baş məşqçinin müraciətinə baxmadı
06 may 2013 17:57 (UTC +04:00)

AFFA azarkeşi döyən baş məşqçinin müraciətinə baxmadı

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Simurq” və “Xəzər Lənkəran” klublarının müraciətlərinə baxılıb.

 

Aparılmış müzakirələrdən sonra qərara alınıb ki, “Simurq”un baş məşqçisi Georgi Çixradze barədə İntizam Komitəsinin çıxardığı 10 oyunluq cəza ilə əlaqədar müraciəti baxılmamış saxlanılsın.

 

Azərbaycan Kubokunun “Xəzər Lənkəran”- “Bakı” oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cənub klubuna tətbiq edilən 5000 manat cərimə isə qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Georgi Çixradze “Bakı” ilə Topaz Premyer Liqasının XXVIII tur qarşılaşmasında onu söyən azarkeşi döyüb.  “Xəzər Lənkəran” isə finala yüksəlmələrini qeyd etmək üçün azarkeşlərin meydana daxil olduqlarını iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar