AFFA-dan qondarma “DQR”lə bağlı İsveçə etiraz
06 fevral 2014 11:13 (UTC +04:00)

AFFA-dan qondarma “DQR”lə bağlı İsveçə etiraz

2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb. Lent.az-ın məlumatına görə, turnirdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın yığma komandasının da iştirak edəcəyi bildirlir.

 

Bununla əlaqədar AFFA Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edib. Müraciətdə qondarma “DQR”in Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığı qeyd edilib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pislənilib və buna kəskin etiraz bildirilib.

 

Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar