AFFA-dan Ettoya 10 oyunluq cəza, 10000 manat cərimə
22 aprel 2014 14:29 (UTC +04:00)

AFFA-dan Ettoya 10 oyunluq cəza, 10000 manat cərimə

Bu Bu  AFFA İntizam Komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “Qarabağ” matçının 35-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXXI turunun “Bakı” – “İnter” matçının 72-ci dəqiqəsində “Bakı” klubunun 12 №-li futbolçusu Araujo Santos Oelilton (Etto) ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalanır, klub 10000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Uğur Pamuk idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur .

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. 

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak etmişdir. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam etmişdir. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək  onun klubun  iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.  

Əvəzedici heyətlərin XXXI turunun “Rəvan” – “Qəbələ” matçında  stadionda PFL və Respect bayraqları olmadığına görə klub 500 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXXI turunun “Bakı” – “İnter” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Oyunun 49-cu dəqiqəsində “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.

Oyunun 89-cu dəqiqəsində “İnter” klubunun baş məşqşisi Rüstəm Əliyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur.

 

Apellyasiya Komitəsi İntizam Komitəsinə müraciət edərək “Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyevə  İntizam Komitəsinin 18 aprel 2014-cü il tarixli iclasında verilmiş 5 oyunluq cəzaya yenidən baxılmasını bildirmişdir. İntizam Komitəsi baş vermiş hadisəni ətraflı araşdırdıqdan sonra məsələyə yenidən baxaraq aşağıdakı qərarı qəbul edir:

“Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyevə verilmiş 5 oyunluq cəza ölkə kuboku matçlarına şamil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar