Abbas Abbasovdan şok açıqlamalar
16 may 2013 12:13 (UTC +04:00)

Abbas Abbasovdan şok açıqlamalar

“Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) diktator şərtləri ilə yaradılıb”. Lent.az-ın məlumatına görə, bunu “İTAR-TASS”a açıqlamasında Azərbaycanın sabiq I müavini, Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq prezidenti, FİLA üzvü Abbas Abbasov deyib.

 

Qurumun Moskvada keçirilən növbədənkənar konqresində iştirak edən Abbasovun fikrincə, güləşin Yay Olimpiya Oyunlarının proqramından çıxarılmağa namizəd növlər arasında göstərilməsinin səbəbi FİLA-dan qaynaqlanır: “Bu qurum tamamilə diktatura, korrupsiya şəraitində yaradılmışdı. Onun sabiq prezidenti Rafael Martinetti artıq heç kimi və heç nəyi saymırdı. Martinettinin əsas hədəfi harada və necə yaşamaq idi. Mən bunu tam rəsmi deyirəm”.

 

Bununla yanaşı, AGF-nin sabiq prezidenti güləş növündə baş verənlərdə hamının hansısa dərəcədə günahkar olduğunu bildirib: “Hətta FİLA konqresinə hazırlığın getdiyi indiki halda da Martinetti geri çəkilmək istəmir. Öz işlərini sona çatdırmağa can atır. Biz bir nəfərə görə bütöv bir idman növünün dəfninə imkan verə bilmərik. Güləş naminə birləşənlərin hamısı sağ olsun. Güləş kastası sübut etdi ki, güləş naminə mübarizə aparacaqlar”.

 

Qeyd edək ki, Abbas Abbasov 2007-ci ilədək AGF-nin prezidenti olub.

# 2829
avatar

Oxşar yazılar