“Palermo”nun prezidenti Maurisio Camparini futboldan getmək istədiyini bildirib. Apasport.az saytının məlumatına görə, “Reuters”ə açıqlama verən italiyalı mütəxəssis artıq futboldan bezdiyini deyib.
“Mən futboldakı fəaliyyətimin bitməsinə sadəcə 2 ay qalıb. Çünki artıq yorulmuşam. Mövsümün sonunda klubu satmağı düşünürəm, ümid edirəm ki, alıcı da Palermodan olacaq” – deyə o, açıqlama verib.
Qeyd edək ki, hazırda “Palermo” A seriyasında 30 oyundan sonra 28 xalla 18-ci pillədə qərarlaşıb.