"Xəzər-Lənkəran" Bolqarıstandan futbolçu gətirir
24 iyun 2014 16:07 (UTC +04:00)

"Xəzər-Lənkəran" Bolqarıstandan futbolçu gətirir

Türkiyənin Əruzum şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər  Lənkəran” bolqarıstanlı futbolçu ilə güclənə bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, 26 yaşlı yarımmüdafiəçi Qalin İvanovdur.

 

Bu gün komandanın düşərgəsinə gələcəyi gözlənilən İvanovla böyük ehtimalla müqavilə imzalanacaq.

 

İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.

 

1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub.

 

Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb.  2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçinin hazırda azad agentdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar

PSJ onun üçün 200 milyon  ödəməyə hazırdır

PSJ onun üçün 200 milyon ödəməyə hazırdır

12 iyul 2024 , 19:48
Kepa "Real"a  qayıdacaq,   Lunin gedərsə...

Kepa "Real"a qayıdacaq, Lunin gedərsə...

12 iyul 2024 , 18:46
Futbol klubu almaq  istəyir

Futbol klubu almaq istəyir

12 iyul 2024 , 16:28
FHN-in qurumları arasında çempionata yekun vurulub

FHN-in qurumları arasında çempionata yekun vurulub

12 iyul 2024 , 14:51
Sautqeytlə bağlı qərar verildi

Sautqeytlə bağlı qərar verildi

12 iyul 2024 , 13:00
Klopp bu təklifi rədd etdi

Klopp bu təklifi rədd etdi

12 iyul 2024 , 09:58
Olimpiya oyunları üçün bu qədər bilet satıldı -  Yeni rekord

Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord

12 iyul 2024 , 02:12
Kərəmin menecerinə saxtakarlıq  İTTİHAMI

Kərəmin menecerinə saxtakarlıq İTTİHAMI

11 iyul 2024 , 23:05