İspaniyanın “Valensiya” klubu baş məşqçi, sabiq “Mançester Yunayted” klubunun kapitanı Harri Nevili istefaya göndərib.
APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.
İstefaya klubun cari mövsümdə uğursuz çıxışı səbəb olub. Hazırda “Valensiya” klubu İspaniya çempionatında 14-cü yeri tutur.
Qeyd edək ki, H.Nevil 2015-ci ilin dekabrında baş məşqçi vəzifəsinə təyin edilmişdi.