"Syomin "Qəbələ"yə Rusiyadan oyunçu gətirəcək" - AÇIQLAMA
20 may 2013 22:30 (UTC +04:00)

"Syomin "Qəbələ"yə Rusiyadan oyunçu gətirəcək" - AÇIQLAMA

Yuri Syominlə razılıq əldə olunub. Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq. Müqavilə müddəti bir illik nəzərdə tutulub ”.

Lent.az-ın açıqlamasına görə, qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

O, hələlik Syominin köməkçilərinin məlum olmadığını deyib. Qeyd edib ki, yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək.

Z.Əzizov yeni gələcək baş məşqçinin Rusiyadan futbolçu gətirmək ehtimalının olduğunu bildirib: “Yəqin ki, tanıdığı futbolçulardan bəzilərini gətirəcək. Amma hələlik bizə bununla bağlı məlumat verməyib. Syominin  mayın 26-da Bakıya gələcəyi gözlənilir. Bundan sonra o məsələləri müzakirə edəcəyik”.

# 685
avatar

Oxşar yazılar