"Qəbələ" bolqar mütəxəssislə razılaşıb
04 iyun 2014 00:41 (UTC +04:00)

"Qəbələ" bolqar mütəxəssislə razılaşıb

“Qəbələ” futbol klubunun yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi bolqarıstanlı mütəxəssis İvaylo Petevlə razılaşma əldə edib.

 

Petevlə bütün məsələlərdə razılığa gəlinib və ilkin anlaşma əldə olunub. Yaxın bir neçə gündə onunla 2 illik müqavilə imzalanacaq.

 

38 yaşlı İvaylo Petevin sonuncu iş yeri yunan Kiprinin "AEL" klubu olub. Bolqarıstanlı mütəxəssisin komandası son turda əzəli rəqibi APOEL-ə uduzaraq, çempionluğu əldən verib və gümüşlə kifayətlənməli olub.

 

Petev indiyə kimi məşqçi kimi Bolqarıstanın “Ludqorets”, “Levski” və Kiprin "AEL" klublarını çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar