Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılıb.
Mərasimin 1-ci hissəsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak etdiyi I təsnifat mərhələsinin püşkü atılacaq. Bu raundda 4 cüt mübarizə aparacaq.
II təsnifat mərhələsinin püşkatması zamanı əvvəlki raundun 4 cütü də səbətdə olacaq.
Bu 4 cütlə yanaşı, 30 komanda da 2-ci püşkdə rəqibini tanıyacaq. Bu komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da var.
Ağdam təmsilçisi reytinqinə görə səpələnmişlər səbətində yer alıb. Çempionumuz digər səbətdə yer alan 13 klub və I təsnifat mərhələsinin 4 cütündən 3-ü ilə qarşılaşa bilər. Ermənistan təmsilçimizin yer aldığı cüt isə “Qarabağ”la görüşə bilməz.
Püşkdən bir neçə saat əvvəl UEFA komandaları 3 qrupa bölüb. I qrupun səpələnmişləri sırasına düşən “Qarabağ”ın 5 potensial rəqibi qalıb. Bunlar “Astana” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro) və “Hibernians” (Malta) klublarıdı.
Çempionlar Liqası
I təsnifat mərhələsi
30 iyun-1 iyul və 7-8 iyul
Səpələnmişlər
TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)
Səpələnməmişlər
“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), “Folqor” (San-Marino)
II təsnifat mərhələsi
14-15 iyul və 21-22 iyul
Səpələnmişlər
“Sryaua” (Rumıniya), BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), APOEL (Kipr), “Midtulland” (Danimarka), “Skenderbeu” (Albaniya), “Lex” (Polşa)
Səpələnməmişlər
“Astana” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro), “Hibernians” (Malta), “Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Dila” (Gürcüstan), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), I təsnifat mərhələsinin 4 qalibi