"Qarabağ" və "Linfild"in start heyətləri açıqlandı
29 avqust 2019 18:40 (UTC +04:00)

"Qarabağ" və "Linfild"in start heyətləri açıqlandı

0
Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.
 
APA-nın məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Ağdam təmsilçisi Avropa Liqasında qrupa düşmək üçün mübarizə aparacaq.
 
Qurban Qurbanovun yetirmələri pley-off mərhələsinin cavab oyununda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”lərini müəyyənləşdiriblər.
 
Avropa Liqası
 
Pley-off mərhələsi
 
Cavab oyunu
 
29 avqust
 
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya)
 
Baş hakim: Sergey İvanov (Rusiya)
 
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
 
Baş məşqçi: Qurban Qurbanov
 
"Linfild": 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment 
 
Baş məşqçi: David Hili
 
Bakı. T.Bəhramov adına Respublıika stadionu
 
İlk oyun – 2:3
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar