"Qarabağ" son oyununda da qalib gələ bilmədi
08 iyul 2015 01:56 (UTC +04:00)

"Qarabağ" son oyununda da qalib gələ bilmədi

2015/16 mövsümünə Avstriyada hazırlaşan “Qarabağ”  təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, hazırlıq çərçivəsində məşqlərini başa vuran Ağdam təmsilçisi son gündə yoxlama matçında qüvvəsini sınayıb.

 

Qurban Qurbanovun yetirmələri Rusiyanın “Lokomotiv” klubu ilə qarşılaşıb.

 

Bu matç “Qarabağ”ın Avstriyada 3-cü hazırlıq oyunu idi. Bunadək yerli “Horn” klubuna 3:4, Rumıniya “Styaua”sına 2:3 hesabı ilə uduzan ağdamlılar ilk dəfə uduzmadılar.

 

Oyunda iki dəfə hesabda geri düşməsinə baxmayaraq matçı bərabərliklə bitirməyi bacaran Qurban Qurbanovun yetirmələri keçirdiyi son hazırlıq oyununda da qalib gələ bilmədilər.

 

Qeyd edək ki, “Lokomotiv” ikiqat (2002, 2004) Rusiya çempionudu. Bundan başqa, “dəmiryolçular” 2 dəfə SSRİ, 6 dəfə Rusiya kubokunu, 2 dəfə Rusiya Superkubokunu, 1 dəfə “Birlik kuboku”nu qazanıb.        

 

Yoxlama oyunu

 

“Qarabağ” – “Lokomotiv” (Moskva, Rusiya) - 2:2

Qol: Reynaldo, 45, Yenbayev, 80 (öz qapısı) - Kasayev, 35, Tarasov, 72

Kossen (Avstriya). Qəsəbə stadionu

 

“Qarabağ”: Sehiç, Qara, Rəşad, Maksim, Aqolli, Bədavi, Reynaldo, Riçard, Alharbi, Dani, Cavid

“Lokomotiv”: Gilyerme, Şişkin, Çorluka, Pejçinoviç, Denisov, Tarasov, Fernandes, Kasayev, Mirançuk, Markes, Qriqoryev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar