"Qarabağ" legionerlə yollarını ayırdı
24 may 2016 23:34 (UTC +04:00)

"Qarabağ" legionerlə yollarını ayırdı

Son Azərbaycan çempionu "Qarabağ" legioner futbolçusu Samuel Armenterosla yolları ayırıb. Apasport.az saytı xəbər verir ki, klub onunla müqavilənin müddətini uzatmamaq qərarı verib.

 

 Bu səbəbdən futbolçu çempionat başa çatan kimi komandadan ayrıldığını bildirib. Armenteros ozünün "Twitter" səhifəsində artıq azad agent olduğunu yazıb. O, azad transfer statuslu oyunçu olmağından məmnunluq duyduğunu ifadə edib.

 

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Bu ilin yanvarından etibarən təsadüfi hallarda oyunlara çıxan Samuelin gedəcəyi müəyyən qədər təxmin olunurdu.

 

Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub. Baş məşqçi Qurban Qurbanovun istəyi ilə futbolçu ilə müqavilənin müddəti uzadılmayıb və kubokun final oyunundan sonra onun rəsmən "Qarabağ"dan göndərilməsi qərara alınıb. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar